Accessibility links

Pakistan terroru maliyyələşdirən ölkələr siyahısına daxil edilmək istəmir


Birləşmiş Ştatlar və avropalı müttəfiqləri Pakistanı terrorun maliyyələşməsi və çirkli pulların yuyulması əleyhinə qanunlara əməl etmədiyinə görə, qlobal terroru-maaliyyələşdirən ölkələr siyahısına daxil etmək istəyir.

Onlar bu istəklərini Çirkli Pulların Yuyulmasına qarşı Mübarizənin Maliyyə Yolları İşçi Qrupuna (FATF) təqdim edəcək.

“Ümid edirəm ki, beynəlxalq icma bizim terrora qarşı mübarizə səylərimizin qarşısını alacaq hər hansı addım atmayacaq,” deyə Pakistanın daxili işlər naziri Əhsən İqbal bildirib.

Mətbuatda yer alan hesabatda İqbalın Vaşinqtonun səylərini ölkəsinin terrora qarşı müharibədə verdiyi qurbanlara qarşı təhqir adlandırıb.

Pakistan 2012-ci ildən 2015-ci ilədək həmin siyahıda idi. Ölkə iqtisadiyyatının tənəzzülə doğru getdiyinə dair işarələrin olduğu bir vaxt, Pakistanın siyahıya daxil olması xarici investisiyanın və Pakistanın beynəlxalq maliyyə bazarlarına çıxışının qarşısını ala bilər.

Terrora qarşı beynəlxalq maliyyə qanunlarına tabe olduğunu nümayiş etdirmək məqsədilə Pakistan ötən həftə terrora qarşı mübarizə qanunlarına düzəliş edib. Bu dəyişiklik ilə hökümət islamçı lideri Hafiz Səid ilə əlaqəsi olan xeyriyyə təşkilatlarını qara siyahıya daxil etmək səlahiyyəti verilir. Səid 2008-ci ildə Mumbayda terror hücumları həyata keçirdiyinə görə, 2012-ci ildən bəri ABŞ tərəfindən axtarışdadır.

Parisdə keçirilən FATF iclasında BMT, Beynəlxalq Valyuta Fondu və Dünya Bankı da daxil olmaqla, Qlobal Şəbəkənin 203 yurisdiksiyasından 700-dən çox nümayəndə heyəti iştirak edəcək.

ABŞ, Fransa, Birləşmiş Krallıq və Almaniyanın təklifi FATF-a təqdim edəcəyi və Pakistanı qlobal terroru maliyyələşdirən ölkələr siyahısına daxil olunmasını təklif edəcəyi gözlənilir.

Ekspert mövqeyi

Vaşinqtonda bəzi təhlilçilər düşünür ki, Pakistan bu siyahıya daxil ediləndən sonra, oradan çıxarılması çətin olacaq.

"Sanksiyalar digər problemləri həll etmək üçün istifadə ediləcək imkanları aradan qaldıracaq,” deyə Amerikan Universitetinin Beynəlxalq Xidmət Məktəbinin professoru Stefen Tankel bildirir.

İqtisadçılar Pakistana siyahıya daxil olunmasının həm ölkəyə maliyyə yardımının daxil olmasının həm də Pakistanın məhsullarını ixrac etməsinin qarşısını alacağından narahatdır.

Londonda fəaliyyət göstərən Kirkland & Ellis hüquq firmasının əməkdaşı Mayk Keysi Reuters xəbər agentliyinə bildirib ki, bu qərar Pakistanın risk profili artıracaq və bəzi maliyyə institutları Pakistanın bankları ilə əməkdaşlıq etməyə ehtiyatlı yanaşacaqlar.

Sanksiyalar digər problemləri həll etmək üçün istifadə ediləcək imkanları aradan qaldıracaq.
Stefen Tankel

Lakin Cons Hopkins Universitetinin Cənubi Asiya üzrə eksperti Daniel Marki Associated Press-ə deyib ki, bu, ilk rəmzi olacaq və Tramp adminstrasiyasının təzyiqi artırmaq niyyətini göstərəcək.

“Bu, daha da ciddi addımların atılacağına işarədir,” deyə Marki bildirib və Pakistan Beynəlxalq Valyuta Fondundan qurtarma paketi istədiyi təqdirdə ABŞ-ın buna bənzər təzyiqlər göstərəcəyini qeyd edib.

Vaşinqton ötən il Pakistana 2 milyard dollarlıq yardımı dayandırıb və İslamabadı Əfqanıstanda müharibə aparan islamçı militantlar ilə əlaqələrini kəsməsi üçün təzyiq göstərir.

Pakistan militantlar ilə əlaqələrinin olduğunu inkar edir.

XS
SM
MD
LG