Pakistan polisi bildirir ki, şimal-qərbdə yerləşən Peşəvər şəhərində izdihamlı bazarda baş vermiş bomba partlayışı nəticəsində 23 nəfər həlak olub.
Rəsmilərin bildirdiyinə görə, hücumçu şəhərdə keçirilən etiraz nümayişinə nəzarət edən polisi hədəf alıb. Nümayiş sərt-xətt tərəfdarı Cəmaati-İslami qrupu tərəfindən təşkil edilmişdir.
Bundan bir neçə saat əvvəl Peşəvərdə polis ictimai məktəbinin qarşısında bombanın partlaması iki oğlanın ölümü və 10 adamın yaralanması ilə nəticələnmişdir.
Pakistanın şimal-qərb bölgəsində bomba partlayışı nəticəsində Əfqanıstanda NATO qüvvələrinə yanacaq daşıyan iki tanker sıradan çıxıb.