Pakistan polisi ölkənin şərqində şiə məscidində intiharçının hücumu zamanı bir neçə adamın yaralandığını bildirib. Rəsmilərin bildirdiyinə görə, hücum Pəncab vilayətində Sardoqa şəhərində məciddə baş verib. Hücumun məsuliyyətini öz üzərinə götürən olmayıb. Polis bir nelə adamın xəstəxanaya aparıldığını bildirib. Lakin xəsarət alanların dəqiq sayı haqda məlumat verilmir. Bu ayın əvvəli militantların Lahor şəhərində müsəlman məbədə hücum etməsi nəticəsində 40-dan çox adam həlak olmuşdur. Rəsmilər hücuma görə Pakistanda Taliban qrupunun məsuliyyət daşıdığını ehtiam edirlər. Qrup bunu inkar edir.