Accessibility links

Yardımın kəsilməsi ABŞ və Pakistan arasında münasibətləri daha da gərginləşdirə bilər


Pakistanın daxili işlər naziri Əhsən İqbal
Pakistanın daxili işlər naziri Əhsən İqbal

Birləşmiş Ştatların Pakistana yönələn hərbi və ya mülki yardımı kəsməsi cəhdi iki ölkə arasında münasibətlərin daha da gərginləşməsinə gətirə çıxara bilər.

Bu barədə ABŞ Nümayəndələr Palatasında Pakistana göstərilən qeyri-müdafiə yardımının dayandırılmasını nəzərədə tutan qanun layihəsinin irəli sürülməsi ilə bağlı Amerikanın Səsinə müsahibəsində Pakistanın daxili işlər naziri Əhsən İqbal bildirib. Bu qanun layihəsinin irəli sürülməsinin səbəbi Pakistanın terrorçular yardım göstərməsi ilə bağlı irəli sürələn ittihamlardır.

Pakistan bu ittihamları rədd edir və terrorçulara qarşı mübarizədə çoxlu qurbanlar verdiyini bildirib. İqbal əlavə edib ki, Birləşmiş Ştatlar Pakistana o qədər də çox vəsait vermir.

ABŞ keçən ay Pakistana edilən təhlükəsiz yardımın dayandırdığını elan edib.

XS
SM
MD
LG