Accessibility links

Pakistanın sabiq prezidenti multi-milyonluq pulyuma əməliyyatı ittihamı ilə həbs edilib


Pakistanın sabiq prezidenti multi-milyonluq pulyuma əməliyyatı ittihamı ilə həbs edilib.

Hazırda parlamentin aşağı palatasının üzvü olan Asif Əli Zərdari onlarla saxta bank hesabları vasitəsiilə milyonlarla dollarlıq vəsaiti xaricə keçirməkdə günahandırılır. Onun bacısı Fəryal Talpur da eyni ittihamlarla üzləşib.

Qətlə yetirilən sabiq baş nazir Benazir Bhuttonun həyat yoldaşı Zərdari korrupsiya ittihamlarını siyasi mötivlərlə izah edib.

Onun Pakistanda sədri olduğu üçüncü ən böyük partiya-Pakistan Xalq Partiyası cənub Sindh vilayətində hakimiyyətdədir.

Pakistanın sabiq baş naziri Nəvaz Şərif də hazırda 7 illik həbs cəzasını çəkir.

Anti-korrupsiya məhkəməsi Londondakı əmlaklarının hansı pulla aldıqlarını izah etmədiklərinə görə müvafiq olaraq onun qızına on və sabiq baş nazirə isə yeddi il həbs cəzası verib.

XS
SM
MD
LG