Accessibility links

Pakistanın təhlükəsizlik qüvvələri hücum təhlükəsilə bağlı hazır vəziyyətə gətirilib


Pakistanın təhlükəsizlik qüvvələri İslamabadda yaraqlılar tərəfindən hücum təhlükəsilə bağlı hazır vəziyyətə gətirilib.

Rəsmilər şəhər boyu təhlükəsizlik tədbirlərini gücləndirib və mümkün hücum təhlükəsinin arxasında duran yaraqlıların axtarışı məqsədilə şəhərin Marqalla təpəlikləri rayonuna Pakistan hərbi və dəniz qüvvələrinin kommandoslarını göndərib.

Rəsmilər mümkün hücumla bağlı xəbərdarlıq kəşfiyyat məlumatlarına əsasən verildiyini bildirib.

Pakistan polisinin mediaya verdiyi məlumata görə, təhlükəsizlik əməliyyatı bir neçə gün davam edəcək.

Yaraqlılar keçən həftə ölkənin şimal-qərbində yerləşn Dera İsmayıl şəhərində həbsxanaya hücum edərək, 250 məhbusu azad edib. İslamabadda təhlükəsizliyə dair xəbərdarlığın həbsxanada qaçışla əlaqədar olub-olmadığı aydın deyil.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG