Accessibility links

Pərviz Müşərrəf dövlətə xəyanət ittihamı ilə məhkəmə qarşısına çıxarılıb


Ötən bir neçə ay məhkəməyə gələ bilməyən Pakistanın sabiq prezidenti Pərviz Müşərrəf dövlətə xəyanət ittihamı ilə məhkəmə qarşısına çıxarılıb.

Cənab Müşərrəf keçən ay döş qəfəsində ağrılarlaə əlaqədar xəstəxanada müalicə edildikdən sonra çərşənbə axşamı gücləndirilmiş nəzarət altında məhkəmə qarşısına çıxarılıb.

Dekabrda cənab Müşərrəfin nümayəndəsinin onun evindən məhkəməyə gedən yolda partlayıcı qurğunun aşkar edildiyini bildirməsindən o, məhkəməyə gələ bilməmişdi.

Pərviz Müşərrəfin 20-yə yaxın tərəfdarı məhkəmənin qarşısında toplaşaraq, “Yaşasın Pərviz Müşərrəf! ” şüarları bağırıb.

Pərviz Müşərrəf 2007-ci ildə prezidentliyi dövründə konstitusiyanı dayandıraraq ölkədə fövqəladə vəziyyət tətbiq etməkdə ittiham edilir.

Cənab Müşərrəf ittihamların siyasi motivlərə əsaslandığını iddia edir.

Sabiq prezident ötən ilin mart ayında Pakistana qayıtdıqdan bəri ittihamlarla üzləşir.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG