Accessibility links

Pakistanın müdafiə nazirliyi aparıcı teleşirkətin bağlanmasına çalışır


Pakistanın müdafiə nazirliyi ölkədə aparıcı televiziya şirkətlərindən birini saxta və qalmaqallı məlumatlar verməkdə ittiham edərək, onun bağlanmasına çalışır.

Jurnaslistləri Müdafiə Komitəsinin bildirdiyinə görə, müdafiə nazirliyi teleşirkətin aparıcısı Hamid Mirə qarşı sui-qəsdinin işıqlandırılması ilə əlaqədar Geo televiziyası haqda Pakistanın elektron media vasitələrinə nəzarət idarəsinə şikayətlə müraciət edib.

Hamid Mir aprelin 19-da Kəraçidə maşında gedərkən motosikletçilər tərəfindən atəşə tutularaq yaralanıb. Hadisəyə görə məsuliyyəti öz üzərinə götürən olmayıb. Bu, jurnalistə qarşı ilk hücum deyil. Keçən il onun maşınında bomba aşkar edilib.

Geo televiziyası hadisənin arxasında Pakistanın kəşfiyyat agentliyinin durduğu haqda məlumat verib.

Jurnaslistləri Müdafiə Komitəsinin veb səhifəsinə yerləşdirilən şikayətdə müdafiə nazirliyi Geo televiziyası və onun daxil olduğu Müstəqil media korporasiyasını kəşfiyyat agentliyini terror fəaliyyətlərlə bağlayan saxta ittihamlar irəli sürməkdə günahlandırır.

Pakistanın müdafiə nazirliyi elektron media vasitələrinə nəzarət idarəsini Müstəqil media korporasiyasının lisenziyasını ləğv etməyə çağırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Avstraliya ABŞ və Britaniya ilə yeni müdafiə sazişi imzalayıb
please wait

No media source currently available

0:00 0:12:53 0:00

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG