Accessibility links

Pakistanın Şimali Vəziristan bölgəsində 33 terrorçu qətlə yetirilib


Pakistan hərbi qüvvələri Şimali Vəziristan bölgəsində hərbi hava hücumları zamanı 33 terror şübhəlisinin qətlə yetirildiyini bidirib.

Ordunun verdiyi bəyanatda Əfqanıstanla sərhəddə Dattakhel və Garlamayda hava hücumları zamanı terrorçuların gizləndiyi doqquz istehkamın dağıdıldığı bildirilir.

Pakistan iyun ayından Şimali Vəziristan bölgəsində genişmiqyaslı hücumlara başlayıb. Rəsmilri bu müddət ərzində 1100-dən çox yaraqlının öldürüldüyünü bildirib. Hərbi qüvvələr bölgədə başlıca şəhələrin Pakistan-Əfqanıstan sərhədinin hər iki tərəfində böyük tələfatlarla səbəb olmuş hücumlarda günahlandırılan ekstremist şəbəkələrdən təmizləndiyini bildirib.

Pakistan ordusu həmçinin bu yaxınlarda Xeybər sərhəd bölgəsində də yaraqlılara qarşı əməliyyatlara başlayıb. Rəsmiləri Vəziristanda hücumlar zamanı qaçan islamçı döyüşçülərin orada sığınacaq tapdığına inanır. Bazar günü keçirilmiş hücumlar zamanaı 18 yaraqlının öldürüldüyü bildirilir.

XS
SM
MD
LG