Accessibility links

Pakistanda intiharçı hücumunda altı nəfər ölüb


Pakistanın şərqində intiharçı hücumu bir neçəsi əsgər daxil olmaqla, təxminən altı insanın ölümünə səbəb olub.

Rəsmilər Puncab vilayətinin paytaxtı Lahorda siyahıyaalma rəsmilərini daşıyan maşının çərşənbə günü hücuma hədəf olduğunu bildirib.

Pakistanda Taliban ölümçül hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Terrorizmlə mübarizə rəsmiləri hücumda şübhəli bilinən şəxsin cəsədinin hissələrini müayinə edir. Vilayət polisinin bildirdiyinə görə hücumla bağlı araşdırmalar aparılır.

Pakistan ötən ay 19 ildə ilk milli siyahıyaalma prosesinə başlayıb və 120 min hesablayıcı ilə 200 min əsgəri işə cəlb edib.

Proses may ayının sonunda tamamlanacaq.

İslamabad militantların istinadgahlarının yerləşdiyi qonşu Əfqanıstanda ölkəyə qarşı zorakılıqların planlaşdırıldığını iddia edir. Kabil bu iddiaları rədd edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Ağ Ev aparat rəhbərinin adını açıqladı
please wait

No media source currently available

0:00 0:10:02 0:00
XS
SM
MD
LG