Accessibility links

Pakistanı qaranlığa qərq edən texniki nasazlığından sonra ölkənin bəzi bölgələrində elektrik bərpa edilib


Pakistanı qaranlığa qərq edən texniki nasazlığından sonra ölkənin bəzi bölgələrində elektrik bərpa edilib.

Paytaxt İslamabad və ticarət mərkəzi olan Kəraçi də daxil edilməklə, əsas şəhərlərdə 220 milyona yaxın insan saatlarla işıqsız qalıb.

Energetika naziri Ömər Əyub Xan mətbuat konfransında deyib ki. işıqların sönməsinə texniki nasazlıq səbəb olub.

Xan bir neçə saniyə ərzində ölkənin transmissiya sisteminin çökdüyünü bildirib. O deyib ki, nazirlik qəzanın dəqiq səbəblərini araşdırır. Nazir elektrikin tam bərpasının bir neçə saat davam edəcəyini qeyd edib.

Bildirilib ki, 62% səviyyədə çalışan internet bağlantıları dayanıb.

Bu ölkədə 2015-ci ildə elektrik xəttinə qarşı hücum ölkənin 80 faizini qaranlığa qərq etmişdi.

Çinin Pakistanın enerji sahəsinə milyadlarla dollar yatırması ilə ölkədə bu problemin həlli mümkün olmuşdu.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG