Accessibility links

Pakistanda 5 əsgər öldürülüb


Pakistan hökumətinin bildirdiyinə görə, antiterror reydi və bomba partlayışları nəticəsində azı 5 təhlükəsizlik işçisi həlak olub, 7 nəfər yaralanıb. İtkilər şənbə günü Bəlucistanın cənub-qərbində və Xeyber-Paxtunxva (KP) əyalətlərinin şimal-qərbində baş verib.

Ordunun açıqlamasında bildirilib ki, təhlükəsizlik qüvvələri Bəlucistanın Turbat şəhərində “orada xaricdən dəstəklənən terrorçuların olması ilə bağlı kəşfiyyat məlumatları əsasında” əməliyyat keçirib.

Daha sonrakı toqquşmalarda iki əsgər həlak olub və yaraqlılara “ağır itkilər” verilib. Açıqlamaya görə, daha bir əsgər dinc sakinlərin getdiyi marşrutda terrorçuların yerləşdirdiyi bombanı zərəsizləşdirərkən “əlaqədar insident” nəticəsində həlak olub.

Bu gün səhər saatlarında Bəlucistanın paytaxtı Kvetta şəhəri yaxınlığında yol kənarına yerləşdirilmiş bombanın partlayışı nəticəsində azı bir polis əməkdaşı və qadınların da olduğu altı mülki şəxs yaralanıb.

Yüksək rütbəli bir polis məmuru yerli mediaya partlayıcıların park edilmiş motosikletə yerləşdirildiyini və yəqin ki, hədəfin polis patrulunun olduğunu deyib.

Heç bir məsuliyyət iddiası olmayıb.

Bəlucistanda islamçı yaraqlılar və bəluc separatçıları fəaliyyət göstərir. Pakistanın şimal-qərbindəki Hayber Paxtunxva əyalətinin rəsmiləri bildiriblər ki, şənbə günü səhər ölkənin Əfqanıstanla sərhədi yaxınlığındakı Bajaur rayonunda yol kənarına quraşdırılmış bombanın partladılması nəticəsində iki polis həlak olub.

Partlayışların məsuliyyətini üzərinə alan olmayıb.

XS
SM
MD
LG