Pakistanın şimal-qərb bölgəsinin rəsmiləri intiharçı hücumu olduğundan şübhələnilən partlayış zamanı çoxu təhlükəsilzik qüvvələri olmaqla, 12 nəfərin öldüyünü, çox sayda insanın isə yaralandığını bildirib.
Hücuma görə məsuliyyəti Taliban öz üzərinə götürüb.
Şahidlərin dediyinə görə, motosikletdə olan intiharçı bombanı qəbilələrin məskunlaşdığı yarı-muxtar Xeybər mahalı ilə Pişəvər arasındakı yoxlanış məntəqəsinə sürərək partladıb.
Xilasetmə işçiləri və yerli rəsmilər ölənlərin arasında qəbilə polisinin rəisi və yerli jurnalistin də olduğunu bildirib.
Güclü partlayış nəticəsində yaxınlıqdakı bir neçə avtomobil və motosiklet xəsarət alıb.