Pakistan polisi bildirib ki, ölkənin şimalı-qərbində velosipedə bağlanan bombanın partlayışı nəticəsində 12 nəfər ölmüş və ən azı 10 nəfər isə yaralanmışdır. Rəsmilər bildirir ki, çərşənbə günü bomba patrul maşını Dera İsmayıl Xan şəhərinin içərisindən keçərkən partlayıb. Şəhər xəstəxanasının həkimləri ölənlər arasında 2 uşaq və 3 polis nəfərinin olduğunu da söyləyib. Rəsmilər bildirir ki, bomba Talibana qarşı əməliyyatlarda iştirak edən yüksək vəzifəli zabitləri hədəfə alıb. Fransa xəbər agentliyi Pakistanlı Taliban sözçüsunə istinadən hücuma görə qrupun məsuliyyət daşıdığını deyir. Dera İsmayıl Xan şəhəri Xeybər Paxtunxva vilayətində yerləşir.
Pakistan polisi bildirib ki, ölkənin şimalı-qərbində velosipedə bağlanan bombanın partlayışı nəticəsində 12 nəfər ölmüş və ən azı 10 nəfər isə yaralanmışdır