Accessibility links

Pakistanda daşqınlar mindən çox adamın ölümünə bais olub


Pakistanın şimal-qərbində xilasedici dəstələr mindən çox adamın ölümünə səbəb olmuş sel nəticəsində ilişib qalan kəndlilərə çıxış əldə etməyə çalışır. Bir həftə davam edən yağışlar Pakistanda, ələlxüsus Xeybər Paxtunxva vilayətində rekord daşqınlara səbəb olub. Fəlakətlərə qarşı mübarizə agentliyinin rəsmisi Associated Press-ə bildirib ki, havadan əraziyə baxış nəhəng dağıntılarının olduğunu aşkar edib. BMT təxmin edir ki, bütün Pakistan boyu azı bir milyon adam daşqınlarn təsirinə məruz qalıb. Rəsmilər sağ qurtulanlar arasında izhal və yatalaq kimi xəstəliklərin yayılacağından ehtiyat edirlər. Pakistanın ordu sözçüsü General-Mayor Athar Abbas xəbərdarlıq edib ki, dağıntıların miqyası ölənlərin sayının daha çox olacağına işarə edir.

XS
SM
MD
LG