Accessibility links

Pakistanda dini azlığa məxsus məscidlərə hücumlar edilib


Silahlı şəxslər cümə namazından az sonra Qarhi Şahu və Model Taun bölgələrində yerləşən iki məscidə hücum edib

Pakistan rəsmiləri bildirirlər ki, silahlı şəxslər ölkənin şimal-qərbindki Lahor şəhərinin iki məscidinə hücumlar nəticəsində azı 20 nəfər həlak olub. Əlavə olaraq silahlılar bir neçə nəfəri girov götürüb. Polis isə deyir ki, silahlı şəxslər cümə namazından az sonra Qarhi Şahu və Model Taun bölgələrində yerləşən iki məscidə hücum edib. Hər iki məscid Pakistanda ayrıseçkiliyə məruz qalan Əhmədiyyə təriqətinə məxsusdur. Pakistan Əhmədiyyə təriqətini qeyri-müsəlman elan edib. Şahidlər deyirlər ki, polislə silahlı şəxslər arasında atəş səsləri eşidilir. Polis atışmalarda silahlı şəxslərdən birinin öldürüldüyünü və çox sayda adamın isə yaralandığını bildirir. Məscidlərə edilən hücumların məsuliyyətini hələlik heç kim öz üzərinə götürməyib.

XS
SM
MD
LG