Accessibility links

Pakistanda döyüş zamanı azı 9 əsgər və 37 yaraqlı öldürüldü


Döyüş bazar ertəsi qəbilələrin yaşadığı Orakzai ərazisinda yaraqlıların əsgərlərə pusqu qurmasından sonra baş verib

Pakistan rəsmiləri bildirib ki, ölkənin şimal-qərbində baş verən döyüş zamanı azı 9 əsgər və 37 yaraqlı öldürülüb.

Döyüş bazar ertəsi qəbilələrin yaşadığı Orakzai ərazisinda yaraqlıların əsgərlərə pusqu qurmasından sonra baş verib. Ölənlər arasında azı iki hərbi zabit də var.

Pakistan hərbiçiləri aprel ayında Taliban yaraqlılarını ərazidən təmizləmək üçün hücuma keçib.

Rəsmilər inanır ki, yaraqlılar qəbilələrin yaşadığı Cənubi Vəziristan ərazisində hücumlardan yayınmaq üçün Orakzai ərazinə qaçıb.

XS
SM
MD
LG