Accessibility links

Pakistanda partlayışlar törədilib


Pakistanın şimal-qərbində rəsmilər Taliban əleyhinə qəbilələrin liderlərini hədəf alan iki partlayış nəticəsində beş nəfərin öldüyünü deyib.

Hücum Əfqanıstan sərhədi yaxınlığında qəbilələrin yaşadığı regionda yerləşən Çamarkand şəhərində biri-birindən bir neçə dəqiqə fərqlə baş verib.

Rəsmilər bildirib ki,ikinci partlayış təhlükəsizlik qüvvələri ilk partlayışdan sonra hadisə yerinə gəldiyi zaman baş verib.

Partlayışın məsuliyyətini heç kim üzərinə götürməyib. Lakin Pakistanda Taliban qüvvələri əvvəllər oxşar hücumlar həyata keçirib.

XS
SM
MD
LG