Accessibility links

Pakistanda məktəb avtobusunda partlayış


Pakistanın şərqində məktəb avtobusunun partlaması nəticəsində 16 uşaq və bir müəllim həlak olub.

Qujrat şəhərinin polis zabiti bildirir ki, avtobusun partlayışdan alov tutması nəticəsində 17 nəfər yanaraq ölüb. Onun sözlərinə görə, bir neçə uşaq isə ağır yaralarla xəstəxanaya çatdırılıb.

İlkin məlumatlarda ölənlərin hamısının uşaqlar olduğu deyilirdi. Hadisə baş verən zaman avtobus məktəbə doğru hərəkət edirmiş.

Avrobus təbii qaz və benzin çalışırdı. Yerli polis deyir ki, partlayış sürücünün bir yanacağı digərinə dəyişən zaman əmələ gələn alov nəticəsində baş verib.

Qujrat paytaxt İslamabaddan 200 kilometr cənub-şərqdə yerləşir.

Dünyaya Baxış

Dünyaya Baxış. Antoni Blinken Sudanın Baş naziri ilə danışıb
please wait

No media source currently available

0:00 0:12:27 0:00

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG