Accessibility links

Pakistanda NATO-nun öldürdüyü əsgərlər dəfn olundu


Pakistanda NATO-nun öldürdüyü əsgərlər dəfn olundu
Pakistanda NATO-nun öldürdüyü əsgərlər dəfn olundu

Pakistan bu gün NATO hava zərbələri nəticəsində öldürülmüş 24 əsgərini dəfn edib. Bu insident ölkə rəhbərliyini xeyli qəzəbləndirib.

Dəfn mərasiminə ordu rəhbəri general Əşfaq Pərviz Kayani qatılıb. Yaşıl və ağ rəngli Pakistan bayrağına bürünmüş tabutlar öldürülmüş əsgərlərin yurdlarına təyyarə vasitəsilə göndərilib.

NATO və ABŞ rəsmiləri insidentin münasibətlərə əlavə zərbə vurmaması üçün dərhal reaksiya veriblər. NATO baş katibi Anders Foq Rasmussen “faciəvi və nəzərdə tutulmayan” ölümlərə görə Pakistan baş naziri Yusif Raza Gilaniyə başsağlığı verib.

Rasmussen baş nazirə bildirib ki, əsgərlərin ölümləri "qəbuledilməzdir", və o, baş katib olaraq NATO-nun bu insident üzərində təhqiqatı ilə məşğul olacaq.

Bundan öncə ABŞ dövlət katibi Hillari Klintonla danışığında Pakistan xarici işlər naziri Hina Rəbbani Xar hücumun insan həyatına laqeydliyini göstəridiyini deyib.

XS
SM
MD
LG