Accessibility links

Prezident Obama Pakistan prezidentinə əsgərlərin ölümülə bağlı başsağlığı verib


Prezident Obama Pakistan prezidentinə əsgərlərin ölümülə bağlı başsağlığı verib
Prezident Obama Pakistan prezidentinə əsgərlərin ölümülə bağlı başsağlığı verib

ABŞ prezidenti Barak Obama keçən həftə Pakistanın 24 əsgərinin ölümülə nəticələnmiş NATO hücumu ilə bağlı başsağlığı ifadə etmək üçün Pakistan prezidentinə zəng edib.

Bu gün telefon söhbəti zamanı cənab Obama insidentin təəssüf doğurduğunu və Pakistana qarşı bilərəkdən hücum olmadığını deyib. Prezident Obama ABŞ-ın noyabrın 26-da baş vermiş insidentlə bağlı tam təhqiqatın aparılmasına dair təəhhüdünü bird aha dilə gətirib. O deyib ki, Pakistanla əlaqələr hər iki ölkənin təhlükəsizliyi üçün çox vacibdir.

Noyabrın 26-da Əfqanıstanla sərhəddə baş vermiş incident nəticəsində qəzəblənmiş Pakistan bazar ertəsi Əfqanıstanla bağlı konfransda iştirak etməməsi haqda qərar vermişdir.

Bundan öncə ABŞ Dövlət katibi Hillari Klinton Pakistanın baş nazirinə zəng edib baş sağlığı vermişdir.

XS
SM
MD
LG