Pakistanın şimal-qərbində kəşfiyyat rəsmiləri ABŞ-a aid pilotsuz təyyarədən atılan üç raketin 17 yaraqlını öldürdüyünü deyiblər. Rəsmilər bazar ertəsi edilən bütün hücumların Əfqanıstanla sərhəddə yerləşən Cənubi Vəziristan regionunda baş verdiyini bildiriblər. ABŞ rəsmiləri pilotsuz təyyarələrin Pakistanın daxilndə istifadə olunmasını ictimaiyyətə heç bir zaman açıqlamasa da, xəbər agentliklərinin pilotsuz təyyarələrin hucumlarına dair xəbərlərini özəl şəkildə təsdiqləyərək, əməliyyatlar nətcəsində əsasən yaraqlıların öldürüldüyünü təsdiqləyiblər.