Accessibility links

Pakistanda silahsız oğlanın güllələnməsi barədə video aşkar edilib


Pakistanda silahsız oğlanın güllələnməsi barədə video aşkar edilib
Pakistanda silahsız oğlanın güllələnməsi barədə video aşkar edilib

Pakistan lideri yarı-hərbi əsgərlərin silahsız oğlanı öldürdüklərini göstərən video aşkar ediləndən sonra hadisə ilə əlaqədar təhqiqatlar aparılmasına göstəriş verib. Pakistan televiziyasında yayımlanan videoda yarı-hərbi dəstə üzvlərinin Kəraçidə öldürülməməsi üçün yalvaran gənc oğlanı güllələdiyi göstərilir. Mərhumun Sarfaraz Şah olduğu sonradan müəyyən edilib. O, bu gün ailə üzvüləri və insan hüquqları qrupları tərəfindən torpağa tapşırılıb. Yarı-hərbi dəstə üzvləri onun saxlanarkən silahlı olduğunu və soyunçuluğa cəhd etdiyini deyib.Pakistanın İnsan Hüquqları Komissiyası qətli pisləyərək, bunun hüquq-mühafizə işçilərinin ən adi təhrikçiliyin qarşısını almaq üçün silaha əl atdığına daha bir nümunə olduğunu bildirib.

XS
SM
MD
LG