Accessibility links

Pakistanın Xeybər-Paxtunxva vilayətində intiharçı hücumu həyata keçirilib


Pakistanın Xeybər-Paxtunxva vilayətində intiharçı hücumu həyata keçirilib
Pakistanın Xeybər-Paxtunxva vilayətində intiharçı hücumu həyata keçirilib

Pakistanın şimal-qərbində siyasi yürüş zamanı intiharçının həyata keçirdiyi bomba hücumu beş nəfərin ölümünə səbəb olub.

Bu gün Batqram mahalının Xeybər-Paxtunxva vilayətindəki intiharçı hücumu Pakistanın müsəlman Q-Liqası partiyasının yüksək səviyyəli üzvü Əmir Muqamın çıxış edəcəyi nümayişdə həyata keçirilib.Hadisə baş verən zaman siyasətçi mitinqdə olmayıb.

Partlayış zamanı iki polis işçisinin və üç mülki vətəndaşın öldüyü, 20 nəfərin yaralandığı deyilir.

Digər partalyış isə İslamabad yaxınlığındakı silah anbarında baş verib. Orada da üç nəfər yaralanıb.

XS
SM
MD
LG