Accessibility links

Pakistanda yaraqlılar üç gözətçini öldürüblər


Pakistanda yaraqlılar üç gözətçini öldürüblər
Pakistanda yaraqlılar üç gözətçini öldürüblər

Yaraqlılar gözətçilərin boğazını kəsərək öldürdükdən sonra terminaldakı yük maşınlarını yarmağa uğursuz cəhd göstəriblər

Rəsmilər Pakistanın şimal-qərbində yaraqlıların NATO yük maşınları üçün nəzərdə tutulmuş terminala hücum edərək üç gözətçini öldürdüklərini bildiriblər.

Hücum bu gün əfqan sərhədində yerləşən Xeybər qəbilə regionunda baş verib.

Yaraqlılar gözətçilərin boğazını kəsərək öldürdükdən sonra terminaldakı yük maşınlarını yarmağa uğursuz cəhd göstəriblər.

Taliban və əl-Qaidə ilə əlaqədar yaraqlı qüvvələr NATO-ya aid təchizatla yüklənmiş maşın karvanlarına tez-tez hücum edirlər. Əfqanıstandakı ABŞ qoşunlarına çatdırılan təchizatın yarısı Pakistandan keçir.

XS
SM
MD
LG