Accessibility links

Fələstinli səhiyyə rəsmiləri İsrailin İordan çayının qərb sahilinə reydi zamanı 12 nəfərin öldüyünü bildirib


İsrail qüvvələri cümə axşamı işğal altında olan İordan çayının qərb sahilindəki Cenin şəhərinə iki gün davam edən reydini başa çatdırıb. Fələstinli səhiyyə rəsmilərinin bildirdiyinə görə, reyd zamanı azı 12 nəfər ölüb, 25 nəfər yaralanıb.

İsrail əməliyyata çərşənbə axşamı başlayıb və bölgədəki militantlara qarşı mübarizə apardığını bildirib.

İsrail Müdafiə Qüvvələri eləcə də cümə axşamı Qəzzanın cənubundakı Rəfah şəhərində, Qəzzanın mərkəzində və Qəzzanın şimalındakı Cəbəliyyə bölgəsində quru döyüşləri və hava hücumları həyata keçirdiyini bildirib.

Beynəlxalq Ədalət Məhkəməsinin cümə axşamı bildirdiyinə görə, Cənubi Afrikanın Qəzzada atəşkəslə bağlı təcili qərar vermək tələbi ilə bağlı qərarı cümə günü çıxaracaq.

Cənubi Afrika keçən həftə İsrailin Birləşmiş Millətlər Təşkilatının potensial humanitar fəlakət barədə xəbərdarlıq etdiyi Rəfaha hücumuna cavab olaraq təcili tədbir görülməsini istəyib.

Cənubi Afrika Birləşmiş Millətlər Təşkilatının yüksək instansiyalı məhkəməsindən İsraildən Qəzzanı tamamilə tərk etməyi və BMT rəsmilərinin, humanitar təşkilatların və jurnalistlərin Qəzzaya maneəsiz daxil olmasına icazə verməsini tələb etməsini istəyib.

Bu tələb Cənubi Afrikanın məhkəmə qarşısında qaldırdığı İsraili soyqırımda ittiham edən işin bir hissəsidir.

İsrail ittihamları rədd edərək, Cənubi Afrikanın qaldırdığı işi Soyqırım Konvensiyasının "ədəbsiz istismarı" adlandırıb.

İsrail rəsmilərinin dediyinə görə, onların Qəzzadakı kampaniyası mülki şəxslərə qarşı deyil, oktyabr ayında İsrailə hücum edərək, 1200 nəfəri öldürən və 250-yə yaxın insanı girov götürən HƏMAS silahlı qruplaşmasına qarşı yönəlib.

Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin Qəzzada həyata keçirdiyi əks-hücumları 35,700-dən çox fələstinlinin ölümünə səbəb olub.

Forum

XS
SM
MD
LG