Accessibility links

Səhiyyə nazirliyi: Fələstinlilər Qəzzada yardım gözləyərkən öldürülüb


Fələstinli rəsmilərin bildirdiynə görə, cümə günü səhər saatlarında fələstinlilər Qəzzada yardım üçün növbəyə dayanarkən, İsrailin iki hücumu - biri Qəzzanın mərkəzində, ikincisi şimalda, onlarla mülki şəxsin ölümünə səbəb olub.

HƏMAS-ın idarə etdiyi səhiyyə nazirliyi ayrı-ayrılıqda baş verən iki insident zamanı ümumilikdə azı 29 nəfərin öldüyünü, daha 150 nəfərin yaralandığını bildirib.

Fələstinli səhiyyə rəsmiləri ilk insidentdə, Qəzzanın mərkəzindəki Əl-Nuseyrat düşərgəsindəki yardım paylama mərkəzinə hava hücumu zamanı 8 nəfərin öldüyünü bildirib.

Səhiyyə nazirliyi İsrailin Qəzzanın şimalında yardım maşınlarını gözləyən kütləni atəşə tutması nəticəsində baş verən ikinci insident zamanı azı 21 nəfərin öldüyünü, 150-dən çox insanın yaralandığını bildirib.

İsrail ordusu hər iki insidenti araşdırdığını bildirib.

İnsidentlər ABŞ dövlət katibi Antoni Blinkenin çərşənbə günü Qəzzada HƏMAS-a qarşı apardığı müharibədə fələstinli mülki vətəndaşların rifahı İsrail üçün "bir nömrəli iş olmalıdır" deməsindən iki gün sonra baş verib.

HƏMAS militant qruplaşmasının cümə axşamı bildirdiyinə görə, o, İsrailin Qəzzada hərbi əməliyyatlarını dayandırmağa və başüa tədbirlərə əsaslanacaq atəşkəs razılaşmasını vasitəçilərə təqdim edib.

Həmin gün İsrail ordusu Qəzza zolağının mərkəzi və cənub hissələrinə quru əməliyyatları və hava hücumları həyata keçirdiyini bildirib.

İsrail Müdafiə Qüvvələri əməliyyatlara Xan Yunisdə reydlərin həyata keçirilməsi və reaktiv yaylım atəşi sistemlərin məhv edilməsinin daxil olduğunu deyib.

İsrail HƏMAS-ı məhv etmək üçün hərbi kampaniyaya militant qruplaşmanın döyüşçülərinin oktyabrın 7-də İsrailin cənubuna keçərək, 1200 nəfəri öldürməsindən və 250-yə yaxın insanı girov götürməsindən sonra başlayıb.

Forum

XS
SM
MD
LG