Accessibility links

Palmira İslam Dövləti yaraqlılarından geri alınıb


Suriya fəalları və dövlət mediasının bildirdiyinə görə, 10 ay davam edən qızğın döyüşlərdən sonra Palmira şəhəri İslam Dövləti yaraqlılarından geri alınıb.

2 mindən artıq yaşı plan bu qədim şəhər uğrunda döyüşlər 4 həftədir intensivləşmişdi.

Britaniyada qərargahlanan Suriya İnsan Haqlarının Müşahidəsi qrupu bildirib ki, hava və artilleriya hücumları binaları hədəf alıb və bir çox yerdə alov və tüstü dumanı müşahidə edilib.

​Suriya ordusunu Rusiyanın quru və hava qüvvələri tərəfindən müşayiət olunan müttəfiq döyüşçülər də dəstəkləyib.

Palmiranın ələ keçirilməsi ilə Deir Ezzorla bu bölgə arasındakı 100 km-lik səhra ərazisi açılıb.

Səhra gəlini adı ilə tanınan bu şəhər hər il minlərlə turistin ziyarət etdiyi tarixi yerdir.

İŞİD şəhərin nəzarətini 2015-ci ilin mayında ələ keçirib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ-da prezident seçkiləri günüdür
please wait

No media source currently available

0:00 0:14:10 0:00
XS
SM
MD
LG