Accessibility links

Azərbaycan alpinistləri Pamirin ən uca zirvəsini fəth edib


Azərbaycan alpinistləri İsmayıl Samoni (keçmiş Kommunizm) zirvəsində (7495 metr)
Azərbaycan alpinistləri İsmayıl Samoni (keçmiş Kommunizm) zirvəsində (7495 metr)

İsmayıl Samoni (keçmiş Kommunizm) zirvəsində (7495 metr) Azərbaycan bayrağı qaldırılıb

Avqustun 19-da Azərbaycan alpinistləri Sirxan Məmmədov, Firuz Dadaşov və Rüfət Qocayev keçmiş SSRİnin ən yüksək zirvəsi olan İsmayıl Samoni (keçmiş Kommunizm) zirvəsinə (7495 metr) çatıblar və Azərbaycan bayrağını qaldırıblar.
Həmlədən əvvəl bütün gecə güclü külək əsib və qar yağıb. Erkən saatlara planlaşdırılan çıxışı təxirə salmaq məcburiyyətində qalan alpinistlər yalnız qar dayandıqdan sonra marşruta çıxa bilib. Lakin, külək kəsməyib və şiddətli qasırğa bütün fəth boyunca alpinistləri müşayiət edib, deyə Alpinizm Federasiyasının prezidenti İsrafil Aşurlu Turan agentliyinə bildirib.
Fəthdən sonra alpinistlər həmlə düşərgəsinə qayıdıblar və gecəni burada keçirib. Alpinistlərin vəziyyəti yaxşıdır. Onlar avqustun 20-də baza düşərgəsinə qayıtmağı planlaşdırırlar.
Qeyd edək ki, avqustun 11-də komanda Pamirin digər yeddi min metrlik zirvəsini - Korjenevski zirvəsini (7105 metr) fəth edib.
"İlk fəth dahi Azərbaycan dirijoru və bəstəkarı Niyazinin 100 illiyinə, ikincisi isə Mirzə Fətəli Axundovun 200 illiyinə həsr olunmuşdu", deyə Aşurlu bildirib.
Bundan əvvəl - iyulun sonlarında Azərbaycan alpinistləri 7131 metr yüksəkliyi olan İbn Sina zirvəsini fəth edib. Bu fəth Qarabağ xanlığının və Şuşa şəhərinin banisi Pənah xana həsr edilmişdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG