Accessibility links

“Pan-Afrikan - Film və İncəsənət Festivalı”


“Pan-Afrikan - Film və İncəsənət Festivalı”
please wait

No media source currently available

0:00 0:02:17 0:00

Los-Ancelesdə keçirilən “Pan-Afrikan - Film və İncəsənət Festivalı”nda dünyanın müxtəlif ölkələrindən 170-dən çox film nümayiş etdirilib. Bu festivalın məqsədi afrikalıları və onların həmkarlarını bir araya gətirməkdir.

Bu festivalda incəsənətin müxtəlif formaları nümayiş etdirilir. Lakin burada əsas olan bütün sənətkarları ruhlandıran ümumi bir sevgidır. Henri Baba Osageyfo Kolbi zərgərlik ustasıdır. “Mən bizi afrikalı-amerikalı hesab etmirəm. Mən bizim Amerikada yaşayan afrikalılar olduğumuzu düşünürəm. Və bu perspektivdən baxanda əcdadlarımız və Afrika hüdudularını aşmış oluruq" - deyə, o bildirir.

Burada, “Pan-Afrikan Film və İncəsənət Festivalı”nda yalnız qaradərili amerikalılar deyil, burada əcdadları müxtəlif Afrika ölkələrindən olan sənətkarlar öz əsərlərini və filmlərini nümayiş etdirir. Festivalın icraedici direktoru Ayuko Babu: “Quldarlıq və müstəmləkəçilik səbəbindən Afrika xalqı dünyanın hər yerinə səpələnib. Belə bir festival bizim bir-birimizi tanımamız üçün bir imkandır.”

Festivalda qaradərililərin 170-dən çox filmi nümayiş etdirilib. Onların arasında aktrisa və kino-rejissor Stefani Linus da var. “Bu filmlər bizə özümüzü və hekayələrimizi anlamağa imkan verir, haralardan gəldiyimizi daha yaxşı bilməyimizə yardım edir.”

Linusun “Quru” filmi dünyanın bir çox ölkəsində böyük problemlərdən olan uşaq evliliyi və onun dağıdıcı təsirləri haqda danışır. "Beləliklə, mən kinematoqrafiya vasitəsilə onlara diqqət çəkmək, insanların problemlərini bildirmək, bu cür qərarlar qəbul edərkən baş verə biləcək nəticələr barədə məlumatlandırmaq və onları bu barədə danışmağa məcbur etmək istəyirəm. Mən çox şadam ki, bu filmi Qambiyada nümayiş etdirdikdən sonra insanlar münasibət bildirdi və bir ay sonra Qambiya hökuməti ölkədə uşaq evliliyinə qadağa qoydu" - deyə, Stefani Linus bildirir.

Festivalın əsas məqsədlərindən biri də təhsil və dialoqu təşviq etməkdir.

Ayuko Babu: “Beləliklə biz qara dünyada dərin problemlərin olduğunu bilirik və bütün baş verənlərə diqqət cəlb etmək istəyirik.”

Və o, belə bir festivalın qanunvericilərı afrikalılar və kökləri Afrika ölkələrindən olan insanların üzləşdiyi problemlərdən xəbərdar olmaları üçün də təşkil edildiyini deyir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG