Accessibility links

Panamada dini ritualda 7 nəfər öldürülüb


Panamadakı yerli cəngəllik icmasında qəribə bir dini ritualda yeddi nəfər öldürülüb. Burada yerli sakinlər təxminən 10 təbliğatçı tərəfindən toplanaraq işgəncələrə məruz qalıblar, döyülüblər, yandırılıblar və "günahlarına görə tövbə etmələri" üçün maçete ilə doğranıblar. Bu barədə rəsmilər açıqlama verib.

Polis taxta dəyənəklər və İncil ilə döyülən Nqabe Buqle yerli icmasının 14 üzvünü ağaca bağlanmış şəkildə taparaq onları azad edib.

Yerli prokuror Rafael Baloyes Karib sahilləri yaxınlığındakı Nqabe Buqle yerli icmasına gedərkən, cəngəlliklərin içərisindəki təpələrdən keçən istintaqçılar tərəfindən aşkar edilən dəhşətli mənzərəni bu cür təsvir edib.

Baloyesin sözlərinə görə, ritual yerindən yaralı vəziyyətə qaçaraq özlərini xəstəxanaya çatdıran üç yerli sakin polis üçün daha dəhşətli bir hadisənin olduğuna dair xəbərdarlıq idi. Lakin polisin bir rançoda uydurma "kilsədə" aşkar etdikləri onları daha da təəccübləndirib. Orada "Tanrının Yeni İşığı" olaraq tanınan dini təriqət fəaliyyət göstərirdi.

"Onlar orada mərasim keçirirdilər. Bu ritualda insanların öz istəklərinə zidd olaraq, rəftara məruz qalırdılar" - deyə, Baloyes bildirib.

O həmçinin "Bu ayinlərin hamısı günahlarına görə tövbə etmədikləri təqdirdə onları öldürmək məqsədi daşıyırdı" sözlərini əlavə edib. Bina içərisində "çılpaq bir qadın var idi", orada tədqiqatçılar maçete, bıçaq və ritual olaraq qurban kəsilən bir keçi tapıblar.

Baloyes qeyd edib ki, mərasimlər şənbə günündən bəri davam edir və artıq ölümlərlə nəticələnib.

Kilsə binasından təxminən 2 km aralıda altı uşaq və bir yetkinin cəsədləri ilə təzə qazılmış məzar tapılıb. Ölənlər arasında biri bir yaşında olan beş uşaq, onların hamilə anası və 17 yaşlı qadın qonşusu var.

"Onlar bu ailəni bir mərasim keçirmək üçün axtarıblar və demək olar ki, bütün ailəni öldürdülər" deyən Baloyes qətldə şübhəlilərdən birinin öldürülən uşaqların babası olduğunu əlavə edib.

XS
SM
MD
LG