Accessibility links

Panama Sənədlərinin aşkarladığı faktlar iqtisadiyyatlara ziyan vurur


Panama Sənədlərinin üstünü açtığı faktlar ictimai etimada mənfi təsir göstərir və sadə vətəndaşları yolların düzəldilməsi, məktəb və digər hökümət müəssisələrinin maliyyələşdirilməsi üçün lazım olan vergiləri ödəməyə həvəssiz edə bilər, deyə Amerikanın Səsinə Dünya Bankının ikinci ən yüksək vəzifəli rəsmisi bildirib.

Qurumun icraçı direktoru Sri Mulyani İndravati qanunvericiləri daha sərt qanunlar qəbul edərək əməkdaşlığa çağırır.

Panamada fəaliyyət göstərən bir hüquq firmasından sızan məlumatlarda bütün dünyadan zəngin insanların pullarını gizlətmək və vergidən yayınmaq səylərinin üstü açılıb.

Sri Mulyani deyir ki, ədalətsizlik hissi ictimai etimada ziyan vurur, dövlət gəlirini azaldır və inkişafa çox ehtiyacı olan ölkələrin iqtisadiyyatlarını zəiflədir.

“Ölkələr görəndə ki, bəzi liderlər, elitalar, və zəngin insanların xaricdə hesabları var, onlar bunun altındakı səbəbləri sual etməyə başlayır. Daha sonra isə onlarda “Görəsən bu, həqiqi səbəbdir? Yoxsa onlar nəyisə gizlədir? kimi suallar yaranır.​

Panamada yığılan pullar həmçinin bəzi ölkələrin iqtisadiyyatlarının böyük bir hissəsini təşkil edir.

Global Financial Integrity (Qlobal Maliyyə Dürüstlüyü) araşdırma və məsləhət qrupundan Tom Kardamonun sözlərinə görə, “hər il inkişaf etməkdə olan ölkələrdən bir trilyon dollardan çox qanunsuz pul çıxarılır. Bu rəqəm o ölkələrə gedən bütün xarici sərmayə və xarici yardımdan daha yüksək bir rəqəmdir.”

Sri Mulyani deyir ki, həqiqi dəyişiklik etmək üçün ölkələr daha yaxın əməkdaşlıq etməlidir. “Beynəlxalq əməkdaşlıq olmadan, vergidən yayınma hallarının qarşısını almaq çox çətin olacaq,” deyə o bildirib.

Qadınlar üçün irəliləyiş

Sri Mulyani daha öncə İndoneziyanın maliyyə naziri olub. O, bu vəzifədə çalışan ilk qadın olub və indi də Dünya Bankı tarixində qurumun ikinci ən yüksək vəzifəsini tutan qadındır.

Pakistanlı qadın polis zabiti
Pakistanlı qadın polis zabiti

Mulyani deyir ki, o bir çox irəliləyişlər əldə edib, amma bütün qadınların tam potensiallarını üzə çıxarmaq şansını əldə etmək üçün hələ uzun yol qət edilməlidir.

Bank qadınlar üçün imkanları artırmaq və qızlar üçün təhsil proqramlarını genişləndirmək layihələri üzərində işləyir.

Mulyani deyir ki, qadınlar üçün imkanları genişlənirmək istedadlı, yaxşı hazırlanmış işçi qüvvəsini artıraraq bəzi ölkələrdə iqtisadiyyatın sürətli inkişafına səbəb ola bilər.

Qaçqınlara yardım

Digər, əsasən də iqtisadi sahələrdə bərabərsizliyi azaltmaq insanların problemli ölkələrdəki evlərindən qaçaraq qaçqın olmalarının qarşısını ala bilər.

Sri Mulyanin sözlərinə görə, azalan qlobal inkişaf 40 zəif ölkə daxil olmaqla bir çox ölkədə iqtisadi təzyiqi artırır. O deyir ki, daha çox iş yerləri yaratmaq məqsədilə biznes mühitinin yaxşılaşdırılması, münaqişələrin davam etdiyi ölkərlədə sosial xidmətlərin bərpası davam etdirilir. O, bu səylərin çoxunun gənclərin bacarıqlarının inkişafına yardım etdiyini deyir.

Mulyani həmçinin bildirir ki, qaçqınların getdikləri ölkələrin də yardıma ehtiyacı var, çünki onların üzərinə böyük öhdəliklər düşür.

Çinin keçid dövrü

Sri Mulyani Çinin ixracatdan asılı iqtisadiyyatdan daha bazar-yönümlü və istehlak-yönümlü modelə “mürəkkəb və olduqca həssas” keçid etdiyini deyir. O, bunu qlobal iqtisadiyyatdakı ən mühüm dəyişikliklərdən biri hesab edir, çünki, onun firkrincə, bu digər ölkələrin də oxşar dəyişikliklər etmələrinə təsir göstərəcək.​

Şi Tsinpinq
Şi Tsinpinq

Dəyişikliklər Çin və digər ölkələr üçün problemlər yaratsa da, Mulinai deyir ki, bunun faydaları da var ki, bunlara daha az enerjidən istifadə, daha davamlı inkişaf və daha az çirklənmə daxildir.

İşçilər üçün isə keçid sadə azmaaşlı işlərdən iqtisadiyyata daha çox dəyər əlavə edən və daha yüksək gəlirli işlərə keçməyi mümkün edir. Amma yenə də istehsal sektorundan xidmət sektoruna keçid çətin ola bilər.

XS
SM
MD
LG