Accessibility links

Panda ağdır yoxsa qara? [Video]


Panda ağdır yoxsa qara?
please wait

No media source currently available

0:00 0:01:39 0:00

İnsanlar hər zaman pələng və panda kimi bəzi heyvanların qeyri-adi rənglərinin səbəbini bilmək istəyiblər. Əfsanəyə əsasən, bu rənglərə dramatik bir hadisənin səbəb olub. Alimlər isə bunu heyvanın təbii mühiti ilə izah edir.

Tibet əfsanəsinə əsasən, bir bəbir panda balaları ilə oynayan çoban qızı öldürdüyü günədək pandalar tamamilə ağ rəngdə idi. Yerli adətə görə, kədərli pandalar qollarına qara küllər sürtdükləri üçün isə onların bədənlərinin bəzi hissələri qaralıb.

Panda
Panda

Pandaların gözlərini silmələri və ağlamaq səslərinin qarşısını almaq üçün əlləri ilə qulaqlarını bağlamaları da qulaq və göz hissəsindəki xəzin qaralmasına səbəb olub.

Amma Deyvisdə yerləşən Kaliforniya Universitetinin alimlərinin fəqrli yanaşması var.

Vəhşi təbiət professoru Tim Karo: “Biz pandanın bədənini bir neçə hissəyə böldük. Məsələn pandanın çiyinləri, ayaqları və belini ayrı-ayrı nəzərdən keçirmək lazımdır. Pandaya bir bədən deyil, müxtəlif hissələrin birləşməsi olaraq baxmaq lazımdır”.

Pandaya bir bədən deyil, müxtəlif hissələrin birləşməsi olaraq baxmaq lazımdır
Tim Karo

Pandalar yırtıcı heyvan olmadıqları üçün onların rənglərinə iki əsas faktor təsir göstərib: ətraf mühitə öyrəşmək istəyi və yedikləri bambuk tumurcuqları.

“O zamanlar pandalar Qərbi Çində iki müxtəlif təbii şərait, yüksək hündürlükdə yerləşən qarlı yerlər ilə daha aşağı sahələrdəki sub-tropik meşələr arasında miqrasiya edirdilər. Bu səbəbdən də, gizli qala bilmək üçün onlar iki həll yolu tampalı idi”, professor Karo bildirir.

Bundan əlavə alimlərin dediyinə görə, mümükündür ki, pandanın gözlərinin ətrafındakı qara ləkələr və qara qulaqları başqa pandalarla ünsiyyət qurmaq və yırtıcı heyvanları qorxutmaq məqsədi daşıyır.

XS
SM
MD
LG