Accessibility links

Alimlər pandaları vəhşi təbiətlə qovuşdurmağa çalışır [Video]


Alimlər pandaları vəhşi təbiətlə qovuşdurmağa çalışır
please wait

No media source currently available

0:00 0:02:29 0:00

Alimlər pandaları vəhşi təbiətlə qovuşdurmağa çalışır

Nəhəng pandalar Çinin ikonasıdır. Ancaq hazırda təbiətdə onların sayı iki mindən azdır.

Siçuan əyalətindəki Çenqdu Panda yetişdirmə mərkəzinin alimləri illərdir pandaların sayını artırmağa çalışır. Pandalar haqqında çəkilmiş yeni sənədli filmdə onların böyüdülərək vəhşi təbiətə buraxılması haqqında danışılır.

Bu işdə bioloq olan Hyu Ronq kimsəsiz baribal ayıları yetişdirərək təbiətə buraxan Ben Kilhamla birlikdə işləyir.

Baribal ayıları ilə tanış olmaq üçün Hyu Ronq bir neçə dəfə buranı ziyarət edib. Bundan sonra o qərara gəldi ki, eyni təcrübəni pandalar üzərində də keçirmək olar.” - deyə, Ben Kilham bildirib.

Sənədli filmdə Hyu Ronq, Kilham və bioloq Ceyk Ovensin Qian Qian adlı pandanı necə seçməsi və onu vəhşi təbiətə necə hazırlanması göstərilir. Filmin ssenari müəllifi və rejissoru Dryu Fellmandır və aktrisa Kristen Bell tərəfindən səsləndirilib. Fellmanın Amerikanın Səsinə veridiyi müsahibəsində bildirib ki, filmin ən böyük çətinliyi tərəflər arasında güvən qazanmaq olub.

“Biz onların, onlar da bizim güvənimizi qazanmalıydı. Biz əmin olmalıydıq ki, onlar bizə filmi çəkmək üçün lazım olanı verəcək. Onlar da inanmalıydılar ki, biz onların hekayəsini çatdıra biləcəyik.” - deyə, Fellman əlavə edib.

Ceyk Ovens iki il müddətində Çenqdunun bambuk meşəliklərində Qian Qianla birlikdə işləyib. Nəhayət panda ilk dəfə bağlı ərazini tərk edərək vəhşi təbiətə daxil olur.

Oven Amerikanın Səsinə bildirib ki, onun komandası və çinli alimlərin bir məqsədi var, dünyadakı panda sayını çoxaltmaq.

“Pandalar” filmi İMAX 3-D vasitəsilə çəkilib.

XS
SM
MD
LG