ABŞ prezidentlərinin demək olar ki, hamısı vəzifələri dövründə müxtəlif böhranlarla üzlşib. Siyasi qalmaqallar, təbii fəlakətlər, iqtisadi tənəzzül və ya terrorizm kimi. Lakin epidemiyalar və pandemiyalarla bağlı vəziyyət fərqlidir. Tarixçilər bəzi prezidentlərin fəlakətlərə cavab fəaliyyətlərini nəzərdən keçirib.
Vudro Vilson - İspan qripi
Prezident Vilson 1918-1919 -cu illlərdə 20 milyondan 50 milyona yaxın insanın ölümünə səbəb olan İspan qripi ilə üzləşib. Həmin dövrdə ABŞ İkinci Dünya Müharibəsinə qatılmışdı.
“Prezident Tramp pandemiya müharibəsindən danışsa da, Vilson dövründə İspan qripinə gəlincə, ABŞ həqiqətən müharibədə idi” - deyə, Vanderbilt Universitetinin professoru, tarixçi Tomas Şvartz bildirib.
Vilson administrasiyasının böhrana cavabı müharibə səbəbi ilə ləng verilib. Nəticədə 675 min amerikalı həayını itirib.
“ABŞ Britaniya, Fransa və Almaniya kimi epidemiyanın yayıldığını düşmən önündə zəiflik nümayiş etdirməmək üçün gizli saxlayırdı. O zaman, virusun zirvə nöqtəsinə çatdığı bir vaxt Vilson "virusları yayan qazanlarla" (gəmilərlə) xaricə əsgər göndərmişdi” - deyə, Missuri-Kanzas Universitettinin professoru Maks Skidmor bildirib.
Nəticədə Ağ Ev işçiləri də daxil edilməklə, amerikalıların dörddə bir hissəsi virusa yoluxmuşdu. Tarixçilər prezident Vilsonun da virusa yoluxduğuna inanır. Belə ki, 1919-cu ildə Parisdə Versal sazişi imzalanarkən onun hərarəti yüksək olub, xəstəliyi bərk öskürək və digər simptomlarla müşahidə edilib.
Duayt Eyzenhauer – Asiya qripi
H2N2 virusu ilk olaraq 1957-ci ilin fevral ayında Sinqapurda qeydə alınmışdı. Virus həmin ilin yayında Amerikada yayılmağa başlamışdı. Prezident Eyzenhauer bu epidemiyadan xəbərdar idi. Lakin o, ümumxalq vaksin proqramından imtina etmişdi. Nəticədə ölənlərin sayı ola biləcəyindən iki dəfə artıq olmuşdu.
1957-ci ilin avqust ayında prezident Konqresə müraciət edərək vaksinasiya proqramına 500 min dollar ayrılmasını istəmişdi. Eyzenhauer 60 milyon vaksin dozasının paylanmasını qarşıya məqsəd qoysa da, onların yalnız 40 milyonu əhaliyə çatdırılmışdı.
Təxminlərə görə, H2N2 virusundan dünyada 1.1 milyon, ABŞ-da isə 116 min insan həyatını itirib.
Cerald Ford – Donuz qripi
Liderlər çox hallarda böhranlara cavablarına görə tənqidlərə məruz qalır. Lakin Ford hədsiz reaksiya verməklə fərqlənmişdi.
1976-cı ilin fevral ayında bir əsgərin qripin bu yeni növündən ölməsindən sonra səhiyyə rəsmiləri virusun payız aylarında pandemiyaya çevrilə biləcəyinə dair xəbərdarlığı yaymışdı. Alimlər bunun 1918-ci il virusundan daha öldürücü ola biləcəyini deyirdi.
Ford təcili fərman imzalayaraq ölkə əhalisinin 80 faizinin vaksinlərlə təmin edilməsinə göstəriş vermişdi. O zaman 50 milyon amerikalıya vaksin vurulmuşdu.
Oktyabr ayında başladılan immunizasiya heç vaxt pandemiyaya çevrilməyən donuz qripinin yayılmasının qarşısını almışdı.
Ronald Reyqan – QİÇS
Reyqan administrasiyası QİÇS-i ciddi qəbul etdiyinə və kişi homoseksuallar haqda stiqmaya yol verdiyinə görə tənqidlərə məruz qalmışdı. 80-ci illərdə Reyqanın mətbuat katibi zarafatla bu epidemiyanı "gey vəbası" adlandırmışdı.
Reyqan 1978-ci ilədək QİÇS kəlməsini işlətmirdi. O bu sözə 1985-ci ildə ikinci dönəm prezidentlik kampaniyası zamanı müraciət etmişdi.
Reyqan 1987-ci ildə QİÇS-i ictimai sağlamlığa bir nömrəli düşmən adlandırmışdı.
1989-c ildə Reyqanın hakimiyyətinin sona çatdığı dövrdə 89343 adam QİÇS-lə əlaqədar həyatını itirmişdi.
Gorc W. Buş – QİÇS və SARS
Prezident Buş İİV/QİÇS-lə mübarizədə həm respublikaçılar, həm də demokratların təqdirinə layiq görülüb. O bu virusa yoluxanların ayrı-seçkiliyiə məruz qalmaması üçün Məhdud İmkanları olan Amerikalılara dair Akt imzalayıb, habelə QİÇS-lə mübarizə üçün fond yaradıb. Lakin prezident xəstəliyə yoluxanların Amerikaya buraxılmaması siyasətinin dəyişdirilməsindən imtina etdiyi üçün tənqidlərə də məruz qalıb.
2003-cü ildə Buş QİÇS-ə qarşı Mübarizə üçün Fövqəladə Plan irəli sürərək, qlobal epidemiyaya yardım ayırıb.
Bu plan 80 milyard dollarlıq müalicə proqramlarına yardım göstərib. Əsasən Böyük Səhraaltı ölkələr olmaqla milyonlarla insanın həyatı xilas edilib.
Buş 2003-cü ilin aprel ayında baş qaldıran SARS-la mübarizəyə xüsusi sərəncam imzalayıb. Dünyada 8 min insan bu xəstəliyə yoluxub, 774 adam həyatını itirib.
Barak Obama – H1N1, Zika və Ebola
Barak Obamanın hakimiyyətinin ilk aylarında ilk dəfə ABŞ-da qeydə alınan H1N1 virusu daha sonra dünyaya yayılmağa başlayıb. Obama administrasiyası bu virusu pandemiya elan etməzdən 6 həftə əvvəl fövqəladə vəziyyət elan edib. Bu virusdan Amerikada ilk 6 ay ərzində mindən artıq insan ölüb.
2009 və 2010-cu illərin aprel ayları arasında 60.8 milyon xəstə qeydə alınıb. Pandemiyaya 2010-ci ilin avqust ayında son verilib.
4 il sonra Obama daha bir böhran - Afrikada 11 mindən artıq insan həyatına son verən Ebola ilə qarşılaşdı.
Obama 2014-cü ildə Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin Fövqəladə Əməliyyatlar Mərkəzinin fəaliyyətinə start verərək, Qərbi Afrikaya texniki yardım və mütəxəssis heyəti göndərib.
ABŞ-da bu xəstəlikdən cəmi 11 adam ölsə də, Obama səyahət qadağası tətbiq etmədiyinə görə respublikaçıların tənqidləri ilə üzləşib.
2015-ci ildə Braziliyadan qaynaqlanan Zika virusuna Amerikada 40 min insan yoluxub.
Konqres həmin vaxt bu xəstəliklə mübarizə üçün 1 milyard dollar ayırıb.