Accessibility links

Pandemiya aktyorların işinə maneə törətmir


Pandemiya aktyorların işinə maneə törətmir
please wait

No media source currently available

0:00 0:02:33 0:00

ABŞ-da COVID-ə yoluxma hallarının sayı artmaqda davam etdikcə, rejissorlar sənətlərini davam etdirmək, aktyorları işlə təmin etmək və tamaşaçılarla əlaqədə olmaq yollarını axtarır.

Aktyor Maykl Berret ”Bu, həqiqətən ürəkağrıdıçıdır. Mən işi yarımçıq qalan insanlar tanıyıram və ya səhnəyə yeni tamaşası çıxan cəmi bir neçə dəfə çıxan. Sadəcə bir gecəlik tamaşalar oldu. Açılış gecəsi son gecəsi olanlar oldu.”

COVID-19 teatr sənayesinə ağır zərbə vurdu. ABŞ-da yoluxma halları artdıqca, Brodveyin tamaşaları və regional teatrı 2021-ci ilin yazına qədər, bəlkə də daha uzun müddətə təxirə salınıb. Cal Shakes-in direktoru Erik Tinq: "Amerika teatrının tamaşaçısı əsasən yaşlı insanlardır və buna görə də onlar yüksək risk kateqoriyasına daxildir. Bu, tamaşaçının teatra gedib ölmək təhlükəsi olmadığını hiss etdiyi andır."

San-Fransiskonun Bey bölgəsindəki kimi, bir çox bölgə teatrları qeyri-kommersiya teartlarıdır və büdcələri azdır. Lakin onlar adəti üzrə "Şou davam etməlidir" məsəlinə uyğun çalışırlar. “Biz qeyri-kommersiya teatrları olduğumuz üçün, missiyanı idarə edirik. Beləliklə, biz nə qədər bilet sata biləcəyimizi deyil, hekayələri izləyicilərimizə necə çatdıracağımızı düşünürük" - deyə, Erik Tinq bildirir.

Elizabet Karter "Kral Lir" əsərinin müasir versiyası üzərində işləyir. O, ənənəvi olaraq ağ və rəngli insanların iştirak etdiyi filmdə qadın obrazını yaradıb. Onun dediyinə görə, ləğv edilmə ilə bağlı variant ağılından belə keçməyib. Aktrisa Elizabet Karter: "Corc Floyd və irqçiliklə bağlı bir canlanma var. Beləliklə, bu mənim üçün həqiqətən çox həssas mövzudur.”

Hazırkı vəziyyətə görə, çətinlik çəksə də Karter tamaşada iştirak edən aktyorlarla kompyuter vasitəsilə işləyir. "Hər kəsin yaşıl ekranı, işıq dəstləri var və bütün bunlar onların evlərindədir. Biz gəmi hazırlayırıq kimi düşünürük."

Böyük teatr festivalını təşkil edən Cim Kleynman bütün əməliyyatı Zoom-a yerləşdirib və adını "Pleyqraund Zoom Festivalı" qoyub. "Bu hələ də baş verənlər haqda nəsə hazırlamaq energetikanın palaşılması deməkdir. Əgər aktyorlar öz növbələrini itirisə, texniki səhvlərə yol verilirsə və ya virtual arxa plan işləmirsə, habelə səs siqnalları kəsilirsə belə biz işmizi davam etdiririk” - deyə, o bildirir.

Onlaynın canlı həyatı əvəz etmədiyini hamı bilir. Lakin insanlar təhlükəsiz şəkildə bir yerə toplaşana qədər bu yeni platforma istehsalın davam etməsinə yardım edir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG