Accessibility links

Təqaüddə olan Papa Benedikt 90 yaşını qeyd edib


Təqaüddə olan Roma Papası 16-cı Benedikt dünən 90 yaşını ailə və dostlarının əhatəsində pivə ilə qeyd edib.

Benedikt ad gününü 2013-cü ildə yepiskop vəzifəsindən istefa verdikdən sonra yaşadığı Vatikan ərazisindəki evinin həyətində günəşli gündə qonaqlarla keçirib.

Ad günü mərasiminə Benediktin böyük qardaşı Monsinyor Corc Ratzinqer və Almaniyada onun doğma Bavariya şəhərindən ziyarətçilər qatılıb.

Papa Benediktin 90 yaşı bazar günü tamam olub. Lakin bu il Pasxa bayramı ilə eyni günə təsadüf etdiyindən o, ad gününü bazar ertəsi qeyd edib.

Onun sələfi Papa Fransis də Papa Benedikti ad günü münasibəti ilə təbrik etmək üçün mərasimə qatılıb.

1927-ci il aprelin 16-ı İosif Ratzinqer adı ilə Almaniyanın cənubunda dünyaya gələn Papa Benedikt ilahiyyatçı kimi təlim keçib və 2005-ci ildə Roma Papası vəzifəsinə seçiləndə doktrinal ortodoksallığın təmin edilməsinə görə məsuliyyət daşıyan Vatikan rəsmisi olub. Onun Roma Papası olduğu dövr Katolik kilsəsində uşaqların təcavüzə məruz qalması ilə əlaqədar qalmaqallarla müşayiət edilib.

Benedikt 2013-ü ildə artmaqda olan taqətsizliyini səbəb gətirərək vəzifəsindən istefa verib. Bununla da o, 600 ildə istefa verən ilk Roma Papası olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukraynanın keçmiş prezidenti ölkəsinə qayıdıb
please wait

No media source currently available

0:00 0:11:42 0:00
XS
SM
MD
LG