Roma papası Fransis vətəndaş müharibəsinin sona çatması barədə razılığın əldə edilməsindən ölkədə sülh prosesinin möhkəmləndirilməsi məqsədiə beş günlük səfərlə Kolumbiyaya səfər edir.
Kolumbiya rəsmilərinin çərşənbə axşamı verdiyi açıqlamasında bildirilir ki, hökumətlə və ölkənin sonuncu aktual partizan qrupu olan Milli Qurtuluş Ordusu arasında atəşkəs razılaşması əldə olunub.
Prezident Xuan Manuel Santos sülhü bərpa etmək səylərinə görə Nobel Sülh mükafatına layiq görülsə də, əldə edilmiş razılıq kolumbiyalılar arasında o qədər də populyar deyil.
Papanın səfəri zamanı münaqişənin qurbanı olmuş insanlar və onlara qarşı zorakılıqlarda iştirak edən tərəflər arasında barışıq yaratmağa nail olmaq kimi bir missiyanı yerinə yetirməyə çalışacağı gözlənilir.
Papa və rəsmi Vatikan artıq bir neçə ildir ki, Cənubi Amerikanın bu ölkəsində sülh yaratmağa çalışır.
Roma papası Fransis Kolumbiyaya sülh razılaşmasının imzalanmasından sonra bu ölkəni ziyarət edəcəyi barədə vədinə sadiq qalaraq səfər edir.
Vatikan Komissiyasının Latın Amerikası üzrə sözçüsü bu yaxınlarda jurnalistlərə açıqlamasında bildirib ki, Papa bu səfəri zorakılığa qarşı mübarizə kimi uzun bir prosesin bir hissəsi olaraq görür.