Accessibility links

Roma Papası Kubadadır


Roma Papası bu yaxınlarda soyuq müharibəyə son qoyan Kuba və ABŞ-a 10 günlük səfərə başlayıb.

Havananın Hose Marti beynəlxalq hava limanında Fransisi Kuba prezidenti Raul Kastro qarşılayıb.

Papa yüz minlərlə insan qarşısında Kubanın inqilabi lideri Çe Quvaranın şəkli yaxınlığında nitq söyləyib.

Roma papası ideologiyanın təhlükəsi barədə xəbərdarlıqla çıxış edib.

Fransis Havananın İnqilab meydanında yüz minlərlə insan qarşısında deyib ki, biz ideolgiyaya deyil, insanlara xidmət etməliyik.

"Şirnikdirici şeylər üçün başqalarına biganılik göstərməyin. Digərlərinin taleyinə biganəliklə yanaşmayın"-deyə Roma papası insanları mərhəmətə çağırıb.

Axşam dua mərasiminə rəhbərlik etdikdən sonra o, mədəniyyət mərkəzində gənclərlə görüş keçirəcək.

Roma Papası prezident Raul Kastro ilə yarım saatlıq özəl görüş keçirib.

Argentinada doğulan papa Kubanın ateist ölkə olmasına baxmayaraq oradakı Roman Katolik Kilsəsini ziyarət edib.

Fransis 3 günlük Kuba səfəri çərçivəsində Hoqui və Santyaqo şəhərlərini ziyarət, Vaşinqtona yola düşməzdən əvvəl bu şəhərlərdə dini tədbirlərə rəhbərlik etməlidir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG