Bu gün Papua Yeni Qvineyada 6,3 bal gücündə zəlzələ baş verib. Lakin rəsmilər regionda tsunami təhlükəsinin olmadığını bildirir.
Zəlzələ nəticəsində hər hansı ölüm və ya dağıntı hallarının olmadığı deyilir. Bundan əvvəl fevralın 26-da ölkənin əsas dağlıq ərazisində baş verən 7,5 bal gücündə zəlzələ nəticəsində 100 nəfər ölmüşdü.
ABŞ-ın Geologiya idarəsinin verdiyi məlumata görə, bu günkü zəlzələnin episentri Yeni Britaniya adasının 180 kilometr cənub-qərbi, paytaxt Port Moresbidən 900 kilometr şimal-şərqində 68 kilometr dərinliyində olub.
Havayda fəaliyyət göstərən Sakit Okean Tsunami Xəbərdarlıq Mərkəzi yaydığı elanda “Tsunami gözlənilmir,” deyə bildirib.
Sakit okeanın Atəş Halqası adlı tektonik plitələr arasında sürtünmənin çox olduğu qaynar nöqtəsində yerləşən Papua Yeni Qvineyada zəlzələ tez-tez baş verir.
Bu zəlzələ Papua Yeni Qvineyanın fevralın 26-da baş verən zəlzələdən sonra sağ qalan insanlara yardım çatdırmaqda çətinlik çəkdiyi vaxta təsadüf edib. Həmin zəlzələ nəticəsində ölkənin əsas adasındakı kəndlər yerlə-yeksan olub, su mənbələri ilə çirklənib.
Yoxul ölkə həmçinin ən böyük gəlir mənbəyini itirib. Belə ki, zəlzələdən sonra illik 3 milyar dollar satış edən Exxon Mobil korporasiyasının maye təbbi qaz (LNG) layihəsi dayandırılıb. Şirkət hələ də təsislərinə dəyən ziyanları nəzərdən keçirir.