Accessibility links

Papua-Yeni Qvineyada zəlzələnin fəsadları açıqlanıb


Papua-Yeni Qvineya rəsmisinin verdiyi məlumata görə, iki gün əvvəl regionlardan birində baş vermiş güclü zələzələ nəticəsində azı 15 nəfər ölüb, xeyli sayda insan isə yaralanıb.

Hökümət ölən insanların saynın artacağından qorxur.

Porqeranın cənub-qərb ərazisində baş verən zələzələ adanın bütöv iqtisadi infrastrukturunu pozub.

Qubernatorunun bildirdiyinə görə, şəhərin bir çox yollarında sürüşmə baş verib və nəqliyyatın hərəkətinin dayanması səbəbindən xeyli sayda məhsulun nəql olunmasında problemlər yaranıb.

Avstraliya hökuməti adanı maddi dəstəklə təmin etmək və ərazinin havadan nəzarətini aparmaq üçün hadisə yerinə təyyarə göndərib.

XS
SM
MD
LG