Accessibility links

Paraqvayın Qüds şəhərində yeni səfirliyinin açılışı olub


Paraqvayın üçüncü ölkə kimi İsrailin Qüds şəhərində yeni səfirliyinin açılışı olub.

Paraqvay prezidenti Horasio Kartes deyib ki, səfirliyin Tel-Əvivdən Qüdsə köçürülməsi iki ölkə arasında əlaqələri daha da möhkəmləndirəcək.

İsrailin baş naziri Benyamin Netanyahu Paraqvayın qərarını alqışlayıb.

Ötən həftə ABŞ səfirliyini Qüdsə köçürüb. Bu, ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımasından sonra həyata keçirilib.

Qərar İsrailin sevinci, fələstinlilərin isə qəzəbi ilə qarşılanıb. Belə ki, fələstinlilər Qüdsün şərqini gələcək dövlətlərinin paytaxtı hesab edir. Şəhərin bu bölgəsi 1967-ci ildə İsrail tərəfindən ələ keçirilib.

Səfirliyin açılış mərasimində Tramp iştirak etməyib. Lakin onun administrasiyasını dövlət katibinin müavini Con Sillivan, maliyyə naziri Steven Mnuçin, Trampın qızı İvanka və onun həyat yoldaşı, Ağ Evin yardımçısı Ceyrd Kuşner təmsil edib.

Beynəlxalq ictimaiyyət Amerikanın səfirliyini Tel-Əvivdən Qüdsə köçürməsinə birmənalı reaksiya verməyib.

Fransa prezidenti Emanuel Makron Qəzzada İsrail qüvvələri tərəfindən 50-dən çox insanın öldürülməsini qınayıb.

Makron ofisinin bəyanatında deyilir ki, o, İsrailin baş naziri Benyamin Netanyahu ilə danışıqlar aparıb.

ABŞ-ın İsraildəki səfirliyinin Tel-Əvivdən Qüdsə köçürülməsi ilə Amerikanın bir sıra tərəfdaşı və bu ölkənin rəqibləri də tənqidlərini dilə gətirib.

Britaniyanın baş naziri Tereza Mey İsrail-Fələstin sülh razılığı əldə edilmədən Amerikanın bu addımını kəskin şəkildə pisləyib.

Türkiyə hökuməti ABŞ-dakı səfirini geri çağıraraq, məsləhətləşmələr keçirdiyini bildirib.

İranın xarici işlər naziri Məhəmməd Cavab Zərif bunu “böyük rüsvayçılıq günü” adlandırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG