Accessibility links

Etirazlar Paraqvay prezidentini yenidən seçilmək fikrindən daşındırıb


Paraqvay lideri Horasio Kartes ikinci dəfə prezident seçilmək niyyəti olmadığını bildirib. O bu bəyanatı paytaxtda baş tutan və ölümlə nəticələn üsyandan sonra verib.

Kartes bu barədə bazar ertəsini ölkənin Katolik kilsəsinin rəhbərinə göndərdiyi məktubda yazıb. O, məktubunda hər zaman ölkənin maraqlarını önə qoyduğunu qeyd edib.

1992-ci ildən bəri ölkədə 30 il hökmranlıq etmiş diktator Alfredo Stroesnerdən sonra Paraqvay prezidentləri bir dəfədən artıq olmadan 5 illik müddətə seçilir.

Keçən ay ölkə senatı Kartesə yenidən prezident seçkilərində iştirak etmək imkanı verən konstitusiya dəyişlikliyini qəbul etmişdi.

Bu dəyişiklikdən sonra müxalifət fəalları konqresə hücum edərək, binanın bəzi yerlərini yandırmış və qanunvericilərin ofislərini dağıdıb. Etiraz zamanı bir nəfər həyatını itirib.

Konstitusiya dəyişikliyinin qüvvəyə minməsi üçün parlamentin aşağı palatası tərəfindən təsdiq edilməlidir.

Paraqvayın beznes icması Kartesin yenidən prezident seçkilərində iştirak etməməsini istəyib. Onların fikrincə, bu ölkədəki sabitlik və iqtisadi artım üçün təhlükəli ola bilər.

Bu ayın əvvəli Roma papası Paraqvayda tərəfləri siyasi mübahisələri sülh yolu ilə həll etməyi çağırıb.

XS
SM
MD
LG