Accessibility links

Paraqvaylı seçicilər ölkənin yeni prezidentini seçdi


Kolorado Partiyasının sədri Mario Abdo Benitezi 47 faizlik səslər Paraqvayın yeni prezidenti seçilib.

46 yaşlı Abdo avqustun 15-indən etibarən hazırkı prezidet Horasio Kartesi əvəzləyəcək.

“Bu gün bizim demokratiyamız gözəl bir nümunə ortaya qoydu. Paraqvayda demokratiyanın bərpa olunması təkcə ölkəmizdə deyil, bütün dünyada əks-səda doğurdu. Bu gün xalqımız birləşmiş Paraqvayın inşası üçün vacib addım atacağını təsdiqlədi.” – deyə, Paraqvayın seçilmiş prezidenti Mario Abdo Benitez bildirib.

Abdonun qalibiyyəti siyasi təhlilçilər tərəfindən proqnozlaşdırılsa da, onun rəqibini 20 faizlik səslə üstələyəcəyi gözlənilirdi. Lakin rəqibi Efrayn Aleqre seçkidə 43 faizlik səs toplayaraq çox kiçik fərqlə məğlub olub.

Kolorado Partiyası qısa fasilələri çıxmaqla 20-ci əsrin ortalarından bəri Paraqvayı idarə edir.

Bazar günü baş tutan səsvermədə Konqres üzvləri və 17 qubernator da seçilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG