Accessibility links

Parisdə kütləvi aksiya keçirilib


Bu gün Fransa prezidenti Fransua Olland Parisdə yüz minlərlə insanın iştirak etdiyi yürüşə qatılıb. Kütləvi aksiya 17 nəfərin ölümü ilə nəticələnən terror aksiyalarına qarşı həmrəyliyi nümayiş etdirib.

Avropa, Yaxın Şərq və Afrika ölkələrinin dövlət başçıları Ollandla bərabər ələ-ələ tutub. Onlar arasında Böyük Britaniyanın baş naziri Devid Kamoron, İtaliyanın baş naziri Matteo Renzi, İspaniyanın baş naziri Mariano Rajoy, Almaniya kansleri Angela Merkel, İsrailin baş naziri Benyamin Netanyahu, Fələstin prezidenti Mahmud Abbas və Ukrayna prezidenti Petro Poroşenko olub.

Hücumçulardan biri olduğu təxmin edilən Amedi Kulibalinin ölümündən sonra sosial mediada yayılan videoda hücumların Fransanın müttəfiqi olduğu ABŞ-ın İslam Dövlətinə qarşı kampaniyasına cavab olduğu deyilib.

Fransa polisi yəhudi marketində istifadə edilən silahın hadisədən iki gün əvvəl bir şəxsin ölüdürülməsində istifadə edilən silahla eyni olduğunu bildirib.

XS
SM
MD
LG