Accessibility links

Paris Avto-Şousu özünün 120-ci ildönümünü qeyd edir


Paris Avto-Şousu özünün 120-ci ildönümünü qeyd edir
please wait

No media source currently available

0:00 0:02:03 0:00

Dünyada məşhur olan Paris Avto-Şousu bu il özünün 120-ci ildönümünü qeyd edir. Bu şouda avtomobil istehsalçıları neft qiymətlərinin artması və iqlim dəyişikliyi kimi müxtəlif təsirlərdən asılı olaraq, illərlə dramatik şəkildə dəyişən məhsullarını nümayış etdirir. Hətta buradakı qadınlar belə obyektiv aksessuarlardan tam iştirakçılara qədər dəyişib.

Bir əsrdən artıqdır Paris Avto-Şousu avtomobil istehsalçıları və həvəskarlarının sevilmli yerinə çevrilib. General Motors 'Firebird, Reno Frégate (freh-gat), Jaguars və əlbəttə ki, Mercedes-Benz kimi avtomobillər hər dövrün qabaqcıl texnologiyalarını nümayiş etdirir. Avtomobil tarixi üzrə mütəxəssis Metyu Flenyu: “Parisin qərbində Silikon Vadisinə bənzər yer var idi. Orada innovasiya ideyaları ilə bir-biri ilə yarışan çox sayda istehsalçı var idi. Onlar parislilərə dəbli, bahalı və bir gün ayrı-ayrı adamların həyatının ayrılmaz hissəsinə çevriləcək modellər təklif edirdi".

İlk Paris Avto-Şousu 1898-ci ildə açılıb və burada 140 minə qədər ziyarətçisi olub. 1954-cü ildə şounu ziyarət edənlərin sayı bir milyona çatıb. Dünya boyu avtomobil istehsalçıları bu sərgidə Oldsmobile Qızıl Raket kimi modeldən tutmuş, avtomobillərin xüsusi cəhətləri nümayiş etdirib.

Lakin 1970-ci illərdə neft qiymətlətinin qalxması avtomobil şirkətlərini istehsalını buna uyğunlaşdırmağa məcbur etdi. “Biz nəyin şahidi olduq? İlk növbədə, birinci onillikdə neftin qiymətinin qalxması avtomobillərin ölçüsünün kiçilməsinə səbəb oldu. Bu, avtomobillərin şəhərə uyğunlaşdırılmasının yolu idi. Yəni avtomobilin şəhərə inteqreasiyası belə başladı” deyə, Metyu Flenyu bildirir.

Beynəlxalq avtomobil sərgiləri qadınların sadəcə model kimi iştirak etməsinə görə uzun müddət tənqid edilib. Lakin zaman keçdikcə avtomobil sənayesi qadınlara müştəri kimi yanaşmağa başlayıb.

Son bir neçə ildə Paris Avto-Şousunu 1.4 milyon insan ziyarət edib. Bu il sərgi oktyabrın 4-dən 14-dək davam edəcək.

XS
SM
MD
LG