Accessibility links

Parisin məşhur Eyfel qülləsi ziyarətçilərə yenidən açılıb


Koronavirus pandemiyası səbəbindən qapılarını aylarla bağlamaq məcburiyyətində qalan Fransanın məşhur Eyfel qülləsi yenidən açılıb.

Virusun çox ağır vurduğu Fransada 29 min 731 ölüm, 161 min 348 təsdiqlənmiş yoluxma halı qeydə alınıb və prezident Makron hökuməti bu xəstəliyin qarşısının alınması ilə bağlı ciddi tənqidlərlə üzləşib.

Məşhur qüllənin yenidən açılması Avropanın yavaş-yavaş bərpa olunmasının əlamətidir, çünki qitə ictimai təhlükəsizlik qayğıları ilə iqtisadiyyatın yenidən başlaması arasındakı tarazlıq uğrunda mübarizə aparır.

Bir çox ölkə yay turizm mövsümü ilə əlaqədar ehtiyatlı nikbinlik ifadə edərək, sosial məsafə tədbirləri və koronavirusu izləmə tətbiqləri şərti ilə səyahətə çıxan insanların məsuliyyətli olmalarına ümid edir.

Eyfel qülləsi Parisin ziyarətçilərə qapılarını açan bir neçə məkanından biridir. Luvr muzeyi kimi digər turizm məkanları iyulun 6-dək bağlı qalacaq.

Ziyarətçilərin yoluxmadan qorunması üçün 324 metr hündürlükdəki qüllənin üç müşahidə meydançasına qalxan liftləri bağlıdır və üç meydançadan yalnız ikisi açıqdır. Qalan bölmələrin, eləcə də liftlərin qarşıdan gələn aylarda açılacağı gözlənilir.

Qüllənin baş direktoru Patrik Branko Rivonun sözlərinə görə, mart ayında bağlanandan bəri qüllə 30 milyon dollar gəlir itirib və İkinci Dünya Müharibəsindən bəri ilk dəfə belə uzun müddətə bağlanıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG