Parisin populyar Yelisey parkındakı ticarət mərkəzində partlayıcılarla dolu avtomobilini polis furqonuna vuran sürücünün öldürüldüyü bildirilir.
Polisin verdiyi məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb. Rəsmilər bunun qəsdən edilmiş hücum olduğunu bildiriblər.
Bundan əvvəl verilmiş məlumatlarda 31 yaşlı sürücünün rəsmilərə ekstremistlərlə mümkün əlaqələri olduğu şəxs kimi məlum olduğu bildirilib.
Fransa Daxili İşlər nazirliyinin bildirdiyinə görə, polis hadisə yerində keşik çəkir. Polis avtomobildə Kalaşnikov avtomatı, pistoletlər və qaz butulkalarının aşkar edildiyini bildirib.
Fransanın əks-terror üzrə prokuroru insidentlə bağlı təhqiqata başlayıb.
Fransanın daxili işlər naziri Jerar Kollomb deyib ki, insident Fransada terror hücumları qarşısında fövqəladə vəziyyətin uzadılmalı olmalı olduğunu göstərir. Fransada 2015-ci ildən elan edilmiş fövqəladə vəziyyətin müddəti bu ay bitir. Lakin daxili işlər naziri Jerar Kollomb bildirib ki, o, fövqəladə vəziyyətin noyabr ayına qədər uzadılması haqda sənəd təqdim edəcək.
İnsidentlə bağlı xəbərlər verildikcə, polis vətəndaşların hadisə yerinə getməməsilə bağlı xəbərdarlıq verib. Hadisənin baş verdiyi yer polis tərəfindən möhürlənib.
Aprel ayında Fransada prezident seçkilərində səsermədən öncə silahlı şəxs bir polis zabitini qətlə yetirib, iki zabiti isə yaralamışdı. Hadisə eyni yerdə-Paris sakinləri və turistlər arasında populyar Yelisey parkında baş vermişdi. Hücuma görə məsuliyyəti öz üzərinə İslam Dövləti qrupu götürmüşdü.