Accessibility links

Paris iqlim dəyişikliyi ilə necə mübarizə aparır [Video]


Paris iqlim dəyişikliyi ilə necə mübarizə aparır
please wait

No media source currently available

0:00 0:02:27 0:00

Paris iqlim dəyişikliyi ilə necə mübarizə aparır

Dekabr ayında keçirilən BMT iqlim konfransı istixana qazlarına qarşı mübarizədə iddialı bir razılıq əldə etmək məqsədi daşıyır.

Ekspertlər deyir ki, 2050-ci ildə dünya əhalisinin dörddə üçü şəhərlərdə yaşaya bilər. O zamanadək iqlim dəyişikliyi planetimizi daha da isti bir yerə çevirmiş olacaq. Dekabr ayında keçirilən BMT iqlim konfransı istixana qazlarına qarşı mübarizədə iddialı bir razılıq əldə etmək məqsədi daşıyır. Lakin bir sıra yerli hökümətlər bu konfransı gözləməyiblər və artıq öz iqlim planlarını tərtib ediblər. Bunların sırasına Paris planı daxildir ki, biz buna böyük diqqət yönəltməliyik, çünki Parisdə iqlim sammiti keçiriləcək.

Önümüzdəki illərdə hava daha da istiləşəcək. Hava şəraitində ekstremal dəyişikliklər baş verəcək. Bunun səbəbi isə iqlim dəyişikliyidir
Patrik Kluqman

Yenə Parisdə isti bir gündür. Qərbi Avropada yay temperaturları çox yüksəkdir, Parisdə isə ən isti iyul günü qeydə alınıb.

Alimlər deyir ki, önümüzdəki illərdə hava daha da istiləşəcək. Hava şəraitində ekstremal dəyişikliklər baş verəcək. Bunun səbəbi isə iqlim dəyişikliyidir.

Paris merinin müavini Patrik Kluqman kimi şəhər rəsmiləri isə bunun qarşısını almağa çalışırlar.

O, Parisin və digər şəhərlərin iqlimlərinin dəyişdiyini deyir. Onun sğzlərinə görə bu şəhərlərin sakinləri daha öncə qar çovğunu, sel, öyrəşmədikləri digər hava şəraitləri ilə üzləşə biləcəkləri üçün bu cür havayla üzləşmək üçün hazırlıqlar edirlər.

Bir çox şəhərlər kimi Paris də istixana qazı emissiyalarını azaltmaq məqsədilə iqlimlə bağlı tədbir planı tərtib edir.

Fransa - İqlim dəyişikliyi konfransı
Fransa - İqlim dəyişikliyi konfransı

Kluqman deyir ki, şəhərlər həqiqətən də problem və həllin olduğu yerdir. Onun fikrincə hələ ki, şəhərlər problemin mərkəzi olub və emissiyalar, tullantılar, hava çirklənməsi və iqlimin məhvi burada baş verib.

Bunlara həll yolu tapmaq istəyi isə Parisi böyük tikinti məkanına çevirib. Şəhər infrastrukturu dəyişir, yaşıl məhəllələr salınır, yeni nəqliyyat vasitələri gətirilir... və piyadalar üçün daha böyük ərazilər inşa edilir.

Şəhərin elektrik maşın və velosiped sxemi artıq inkişaf edib- növbəti məqsəd elektrik motosikletlərdir. Velosiped paylaşma proqramı paris sakini Lamin Kamara üçün şəhərdə gəzməyi asanlaşdırır... amma o özünü ətraf mühit qoruyucusu hesab etmir.

Şarlot İzard şəhərə yaxın bir yerdə az emissiyalı binada işləyir. Ətraf mühit QHT-si “Climate Avtion Network”-un iqlim üzrə eskperti olan İzard Paris planının yaxşı olduğunu, lakin çox ləng həyata keçirildiyini düşünür.

Şəhərlər problemin mərkəzi olub və emissiyalar, tullantılar, hava çirklənməsi və iqlimin məhvi burada baş verib
Patrik Kluqman

“Onlar bundan da artığını edə bilərlər. Onların yaxşı məqsədləri və ambisiyaları var. Biz ümid edirik ki, bu məqsədlər əlçatan olacaq, amma onlara nail olmaq üçün hələ görüləsi çox iş var.”

Sürücülər isə Parisin çox sürətli şəkildə dəyişdiyini deyirlər. Maşın zolaqları qeyb olur. “40 milyon sürücü” adlanan qrup bu zolaqları açıq saxlamağa çalışır.

Temperatur kimi ritorika da qızışır. Buna baxmayaraq, rəy sorğuları əksər parislilərin şəhərin iqlim planını dəstəklədiklərini göstərir. Onlar razılaşır ki, indi tədbir görmək zamanıdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG