Accessibility links

ABŞ Paris İqlim Sazişini tərk edən ilk ölkə oldu


ABŞ prezident seçkilərinin qəti nəticələrini gözlədiyi bir vaxt qlobal iqlim dəyişikliyi ilə bağlı Paris Sazişini tərk edən ilk ölkə oldu.

Bu, prezident Donald Trampın iqlim dəyişikliyi ilə mübarizə məqsədi daşıyan razılaşmadan çıxacağını söyləməsindən üç il sonra baş verib.

Yer kürəsində orta istiliyinin iki dərəcə selsi artımının qarşısını almağı hədəfləyən 2015-ci il müqaviləsinə təxminən 200 ölkə sadiq qalır.

Alimlər temperaturun 2 dərəcə artmasının dəniz səviyyəsinin yüksəlməsi, daha çox tropik fırtına və daha güclü daşqın və quraqlıq ilə dünyanın böyük hissələrini dağıda biləcəyini proqnozlaşdırır.

Qlobal istiləşməyə nəzarət üçün beynəlxalq səylər dünyanın ikinci ən böyük karbon qazı və digər istixana qazları buraxan ABŞ-ın iştirakı olmadan daha çətin olacaq.

Tramp administrasiyası fosil yanacaq sənayesini dəstəkləyərək, tullantıların azaldılması üçün federal tədbirləri artıraraq ABŞ ştatları, şəhərləri və müəssisələrin öz iqlim dəyişikliyi təşəbbüsləri ilə irəliləməməsinə çalışır.

Demokrat Co Bayden prezident seçkilərində qalib gəlsə, ABŞ-ın razılaşmadan çəkilməsi müvəqqəti ola bilər. Bayden razılığa yenidən qoşulmağı dəstəklədiyini və 2050-ci ilə qədər ABŞ-da sıfır karbon emissiyasına nail olmaq üçün 1,7 trilyon dollarlıq bir plan təklif etdiyini deyib.

Wageningen Universitetindən iqlim dəyişikliyi üzrə alim, eyni zamanda İqlim Fəaliyyətini İzləyən simulyasiya qrupunun üzvü Niklas Hohne Tvitter səhifəsində “həqiqətən bu seçki beynəlxalq iqlim siyasəti üçün uğur və ya qırılma nöqtəsi ola bilər. Yalnız Baydenin iqlim planı temperatur artımını 0,1 ° C səviyyəsinə azalda bilər. Dərəcənin hər onda biri belə vacibdir” - deyə, yazıb.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG